17 iyul 2010 - 19:30

Cənab ustad Həsənzadə deyir: On bir-on iki il Ayətullah Qomşeidən dərs almışam. Qorxuram daxili həyatından, əxlaqi fəzilətlərindən danışmaqla onu incitmiş olum (Ona görə də bu haqda danışmaqdan çəkinirəm).

Cənab ustad Həsənzadə deyir:On bir-on iki il Ayətullah Qomşeidən dərs almışam. Qorxuram daxili həyatından, əxlaqi fəzilətlərindən danışmaqla onu incitmiş olum (Ona görə də bu haqda danışmaqdan çəkinirəm).İlk dəfə Ayətullah Şeyx Məhəmmədtəqi Amulinin tövsiyəsi ilə onun yanına gedib dedim:- Məni Ayətullah Amuli göndərib, vaxtınız varsa, mənə dərs keçin.O, vaxtının məhdud olduğunu deyib məni qəbul etmədi. O vaxtlar mən Tehranda Hacı Əbulfəth mədrəsəsində təhsil alırdım. Onların mənzili mədrəsənin yaxınlığında idi. Bir-iki gün səbr etdim. Sonra ona yenidən müraciət edərək dedim:-Mən iki-üç gün öncə bura gələn tələbəyəm, mənə dərs verməyinizi xahiş edirəm. Mən vahid “Mənzumə” (Molla Hadi Səbzvarinin fəlsəfi əsərinin adı) dərsi istəyirəm. “Mənzumə” dərslərində iştirak edirəm, amma ürəyəyatan deyil. Ayətullah Amuli sizin və Ayətullah Şeraninin dərslərini mənə tövsiyə edib.Ayətullah Qomşeyi Ayətullah Şeranini çox tərifləyib onun yanına getməyimi tövsiyə etdi. “Onun da vaxtı yoxdur” - dedim. “Yaxşı, mənim də vaxtım yoxdur” – söylədi.Bir neçə gün ötdükdən sonra yenidən mənzillərinə gedib ona dedim:-Siz bilən məsləhətdir. Əgər ləyaqətim yoxdursa, mənu qəbul etməyin. Əgər məni tələbə hesab edirsinizsə, məni övladlığa qəbul edin.O, bu dəfə çox yumuşaldı. “İcazə verin bu haqda bir az fikirləşim. Görüm vax edə bilərəmmi” - dedi.Mən özümü çox xoşbəxt hiss etdim. Sonra yanına getdim, məni şagirdliyə qəbul etdi. İllər ötdükdən sonra mənə dedi:“Hansı mədrəsədə oxuduğunuzu sizdən soruşmuşdum. Sizin inadkarlığınızı gördükdə bir gün mədrəsənizə gəldim. Hücrənizin qapısı qıfıllanmışdı. Oradakı tələblərə müraciət edib sizin dərs və ümumi vəziyyətinizlə maraqlandım. Hamı yekdil olaraq sizdən razılıq bildirdi. “Dərs və bəhsləri ilə məşğuldur, (yaxşı) tələbə və dərs oxuyandır” - dedilər. Hamının səndən razı olmasına rəğmən sizi şagirdliyə qəbul etməklə əlaqədar evə gəlib istixarə açdım. “Onlara verdiyimiz rüzidən verərlər” (“Bəqərə”, 3) ayəsi gəldi”.