Dünən ABŞ-ın Bakıdakı səfirliyində NATO-nun yaranmasının 61 illiyinə həsr olunan qəbul keçirildi. Tədbirdə Bakıda fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri və ictimai-siyasi təşkilatların nümayəndələri iştirak edirdilər. ABŞ səfirliyinin müvəqqəti işlər üzrə vəkili Donald Lu bildirdi ki, NATO ilə əməkdaşlıq və sovet sistemindən qurtulmaq istəyilə Azərbaycan bütün dünyaya müstəqilliyini və suverenliyini nümayiş etdirdi. Onun sözlərinə görə, bu, adi bir addım deyildi və uzaqgörənlik, liderlik, cəsarət tələb edir: “Biz Avroatlantik alyansa inteqrasiya üzrə Azərbaycanın səylərini alqışlayırıq”.Onun fikrincə, Azərbaycanın Əfqanıstan və İraqda sülhməramlı korpusun formalaşdırılmasında iştirakı göstərdi ki, NATO müsəlman ölkələri içərisində də yaxşı tərəfdaş tapa bilər.
17 iyul 2010 - 19:30
Xəbər kodu: 186333
“Biz Avroatlantik alyansa inteqrasiya üzrə Azərbaycanın səylərini alqışlayırıq”.