– Onlar daim demokratiya, insan haqlarından danşır. Müsəlmanların hüquqlarını məhdudlaşdırır, müsəlman ölkələrə hücum edir, dinc insanları qətlə yetirirlər. Bununla kifayətlənmir, üstəlik müsəlman dünyasını istibdadda ittiham edir, sanksiya qoyurlar. Əslində necədir? Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Belçikada küçələrdə, parklarda və digər ictimai yerlərdə heç bir qadın çadra ilə gəzə bilməyəcək.Belçika Nümayəndələr Palatası çadra və üzü tamam örtən geyimlərdən istifadəyə qadağa qoyan qanun layihəsinə səs verib. Qanun layihəsi Senatdan da keçərsə, iyun, yaxud iyul ayında qüvvəyə minəcək. Beləliklə, Belçika ümumiyyətlə, çadradan istifadəni qadağan edən ilk Avropa ölkəsi olacaq. Başqa sözlə, ictimai yerlərdə, küçələrdə, parklarda, o cümlədən ictimai binalarda heç bir qadın çadra ilə gəzə bilməyəcək. Çadra ilə gəzən qadın və qızlar 15-25 avro cərimələnəcək, ya da 7 gün həbsdə qalacaq.