Yəhidi saytı MIGnews yalan-doğru İranın vitse-prezidenti Məhəmməd Rza Rəhiminin İsraili hədələdiyindən yazır. Ötən gün Dəməşqdə səfərdə olan vitse-prezident İsrailin Suriyaya yönəli hədələrinə cavab olaraq deyib: “Əgər İsrail Suriya və ya Livana hücuma cürət etsə, onun qıçlarını qırarır!” Suriyanın hökumət başçısı Məhəmməd Naci Otri ilə müştərək mətbuat konfransı keçirən Rəhimi deyib: “İran həmişə Suriyanı müdafiə edib. Təcavüz olsa, İran bütün hərbi gücü ilə köməyə gələcək...” Suriya baş naziri də istənilən təcavüz zamanı iki dövlətin bir yerdə olacağını bəyan edib.
17 iyul 2010 - 19:30
Xəbər kodu: 186317
Yəhidi saytı MIGnews yalan-doğru İranın vitse-prezidenti Məhəmməd Rza Rəhiminin İsraili hədələdiyindən yazır.