17 iyul 2010 - 19:30

Amerikalı əsgərlərdən insanlıqdan kənar etiraflar: "Uşaqlardan canlı qalxan kimi istifadə edirdik"

ABŞ-ın İraqdakı cinayətləri

İslam-Azeri.az İnternet Qəzetinin "Kanal 3"-ə istinadən verdiyi xəbərə görə, İraqda 2003-cü ildə başlayan ABŞ işğalının açıqlanmayan cinayətlərini "Truthout" təşkilatı aşkar edib.İraqı yeddi il əvvəl işğal etmiş ABŞ ordusu 2011-ci ildə bu ölkədən tamamilə çəkilməyi planlaşdırsada, ABŞ-ın İraqda törətdiyi cinayətlərin hamısı üzə çıxmayıb.İşğal illərində ölən iraqlı vətəndaşların sayı hətta tam dəqiq bilinmir. Bəzi mənbələr işğal zamanı ölənlərin sayının 103 min, bəziləri 600 min, bəziləri isə 1 milyon olduğunu bildirir.Bəzi mənbələr həlak olan iraqlıların əksəriyyətinin mülkü vətəndaşlar olduğunu önə çəkir.