"Taliban" yenə itki verdi
Pakistanın şimal qərbində tayfalar bölgəsində "Taliban" və "Əl Qaidə" döyüşçülərinə qarşı əməliyyat keçirən Pakistan ordusu, Əfqanıstan sərhədindəki Xeybər bölgəsində də əməliyyata başlayıb.İslam-Azeri.az İnternet Qəzetinin AA-ya istinadən verdiyi xəbərə görə, Xeybər bölgəsində keçirilən əməliyyatlarda 18 Taliban yaraqlısı öldürülüb, 26 yaraqlı isə həbs edilib.Həbs olunanlar arasında "Taliban" komandirinin olduğu bildirilib.Əməliyyatlar davam edir.