17 iyul 2010 - 19:30

Fransanın cənubunda yerləşən İstres qəsəbəsində müsəlman məscidinə hücum

Fransada məscidə hücum

Fransanın cənubunda yerləşən İstres qəsəbəsində müsəlman məscidinə hücum olub. Türkiyənin Cihan agentliyinin məlumatına görə, ötən gün sübh namazından bir qədər əvvəl naməluma şəxs(lər) məscidi atəşə tutublar. Hadisə zamanı məscidin divarına 30-dan artıq güllə dəydiyi bildirilir. Artıq Fransa baş naziri Fransua Fillon hadisəyə münasibət bildirib. Məscidə hücumu pisləyən baş nazir polisin araşdırmalara başladığını bəyan edib. Fransa Müsəlman Şurasının sədri Məhəmməd Musəvi olayı pisləyib.