Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: “İRNA”nın “RİA Novosti”yə istinadən məlumatına görə, Əli Baqiri Moskvada jurnalistlər qarşısında çıxış edərək deyib: İran və Oman qonşu sahilyanı ölkələr kimi boğazdan keçid üçün yeni mexanizmin hazırlanmasını müzakirə edirlər.
O vurğulayıb: Hörmüz boğazından keçid şərtləri və prosedurları İranla bağlı münaqişə başlamazdan əvvəlki dövrlə müqayisədə tamamilə fərqli olacaq.
Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini ABŞ-lə Hörmüz boğazının açılması ilə bağlı razılaşma olub-olmaması barədə suala cavabında bildirib: “Bütün məsələlər üzrə razılaşma əldə olunmadan heç bir mövzuda razılaşma əldə olunmuş hesab edilə bilməz.”
O əlavə edib ki, İran və ABŞ arasında dolayı təmaslar davam edir və İranın zənginləşdirilmiş uran ehtiyatları danışıqların gündəmində deyil.
Sizin rəyiniz