Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ümümdünya Müsəlmanlarının Ali Rəhbəri, İmam Zaman Həzrətlərinin Haqq Naibi Ayətullah Seyid Müctəba Xamenei əhali sahəsində fəaliyyət göstərən bir qrup xalq fəalının İslam İnqilabının böyük və şəhid Liderinin şəhadəti münasibətilə sevgi və başsağlığı ifadə edən məktubuna cavabında əhalinin artırılması məsələsinə və bunun İran İslamının qüdrəti və sivilizasiyası ilə əlaqəsinə toxunub, əhali sahəsində çalışan xalq fəallarının səylərinin artırılmasını və övlad sahibi olmaq mədəniyyətinin təbliğini vurğulayıb.
Milli Əhali Günü münasibətilə yayımlanan Ali Rəhbərin cavabının mətni belədir:
Bismillahir-Rəhmanir-Rəhim
Əhali sahəsində çalışan qayğıkeş fəalların sevgi və məsuliyyət hissinə görə salam və təşəkkürümü bildirirəm.
Üçüncü Müqəddəs Müdafiənin dəyərli nailiyyətlərindən və xalqın misilsiz dirçəlişinin böyük nemətlərindən biri, hamıya aydın olduğu kimi, İranın böyük və təsirli bir güc səviyyəsinə yüksəlməsidir. Şübhəsiz, bu vəziyyətin davamlılığı və onun daha arzuolunan səviyyəyə çatması əhali məsələsi ilə birbaşa bağlıdır. Əhalinin artırılmasının zəruriliyinə bəzən keçmişdəki bəzi siyasətlərin doğurduğu çatışmazlıqların kompensasiyası baxımından yanaşılır; lakin bundan əlavə, əhali artımına dair düzgün və qəti siyasətin ciddi şəkildə davam etdirilməsi ilə böyük İran xalqı gələcəkdə böyük rol oynama imkanları və strateji sıçrayışlar əldə edə, yeni İran-İslam sivilizasiyasının yaradılması istiqamətində böyük addımlar ata bilər. Buna görə də, əhali sahəsində çalışan xalq fəallarının səylərinin artırılması və övlad sahibi olmaq mədəniyyətinin təbliği bu #işıqlı_gələcəyin təmin olunması istiqamətində əhəmiyyətli təsir göstərə bilər.
Digər tərəfdən, bu məsələ böyük və şəhid Rəhbərimizin — Allah onun uca məqamını daha da yüksəltsin — ən mühüm qayğılarından biri olub. O, bir çox iclaslarda, əlaqələrdə, ümumi və xüsusi görüşlərdə bu məsələyə təkid edirdi və bu məsələ hələ də sistemin ən mühüm strateji məsələlərindən biri sayılır. Ümid olunur ki, sizin səmimi səyləriniz Ağamızın — Allah-taala onun zühurunu tezləşdirsin — xeyir duası sayəsində bərəkətli nəticələrə gətirib çıxaracaq, inşallah.
Seyid Müctəba Hüseyni Xamenei
Sizin rəyiniz