Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi BƏƏ-nin nüvə elektrik stansiyası yaxınlığında baş vermiş şübhəli partlayış hadisəsi ilə bağlı Almaniya kanslerinin İrana qarşı ittihamlarına münasibət bildirib.
Bəqayi alman dilində “X” sosial şəbəkəsində yazıb:
“Cənab Fridrix Merts,
ABŞ və sionist rejimin İranın Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında olan nüvə obyektlərinə açıq hücumu nəinki pislənmir, hətta faktiki olaraq əsaslandırılırsa, ikiüzlülük məhz burada üzə çıxır. Amma regional sülh və həmrəyliyin düşmənlərinin saxta bayraq əməliyyatı olduğu ehtimal edilən və hətta BƏƏ-nin belə rəsmi şəkildə İranı məsul elan etmədiyi bir hadisə barədə birdən-birə “beynəlxalq hüquq” və “regional təhlükəsizlik” dili işlədilir.
Əgər nüvə obyektlərinə hücum region xalqları üçün təhdiddirsə, bu prinsip yalnız Qərbin siyasi maraqları tələb etdiyi zaman deyil, bütün ölkələr üçün eyni şəkildə tətbiq olunmalıdır.
Alman ədəbiyyatında belə “seçici mühakimə” “Sınıq kuzə” tamaşasındakı “Qazi adam” obrazını xatırladır; o, özü mühakimə olunmalı olduğu halda, zahirdə ədalət müdafiəçisi rolunu oynayan hakimdir.”
Sizin rəyiniz