Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Hindistanda işgüzar səfərdə olan İran İslam Respublikasının Xarici işlər naziri İRNA-nın İrana qarşı yeni təhdidlər və ABŞ-nin hərbi hücumları təkrarlamaq ehtimalı ilə bağlı sualına cavabında bildirib: “Biz bu təhdidlərə öyrəşmişik. Onlar uzun müddətdir müxtəlif forma və üsullarla öz təhdidlərini təkrarlayırlar. Amma özləri də bilirlər ki, bu təhdidlərdən və hətta başlatdıqları müharibədən heç bir nəticə əldə etməyiblər və etməyəcəklər də.”
İran İslam Respublikasının Xarici işlər naziri Seyid Abbas Əraqçi Yeni Dehlidə müxtəlif ölkələrin xarici işlər nazirləri ilə keçurdiyi görüşləri çərçivəsində İRNA-nın “Sizin burada iştirakınız və Donald Trampın Çində olması ilə eyni vaxtda ABŞ və İsrail rəsmiləri İrana qarşı təhdidlər səsləndirib və bildiriblər ki, ABŞ prezidenti geri qayıdan kimi hücumlar həyata keçiriləcək. İranın cavabı nədir?” sualına cavab olaraq deyib: “Biz bu təhdidlərə öyrəşmişik. Onlar uzun müddətdir müxtəlif forma və üsullarla öz təhdidlərini təkrarlayırlar. Amma özləri də bilirlər ki, bu təhdidlərdən və hətta başlatdıqları müharibədən heç bir nəticə əldə etməyiblər və etməyəcəklər də.”
Əraqçi vurğulayıb: “Mən bu gün BRICS-dəki çıxışımda bir daha təsdiqlədim ki, İranla bağlı məsələlərin heç bir hərbi həlli yoxdur. İran təhdidlər qarşısında möhkəm dayanır və baş əymir. Onlar bunu görüb və təcrübə ediblər; 40 gün bizimlə müharibə apardılar və nəticəsini də gördülər. İran təzyiqlər qarşısında müqavimət göstərir. Eyni zamanda, İranla hörmət dili ilə danışanlar eyni dillə cavab alacaqlar. Buna görə də həll yolu təhdid etməkdə deyil. Nə qədər çox təhdid etsələr, onlar üçün nəticə yalnız uğursuzluq olacaq. Əgər bizi yenidən sınaqdan keçirmək və müharibəyə daxil olmaq istəyirlərsə, keçmişdə aldıqları nəticədən başqa heç nə əldə etməyəcəklər.”
O əlavə edib: “Ümid edirəm ki, bu ritorikanı kənara qoyub məntiqə doğru yönələrlər, baxmayaraq ki, onların məntiqə qayıdacağına ümid yoxdur. Amma bilməlidirlər ki, məsələlərin həll yolunu hərbi meydandan başqa yerdə axtarmalıdırlar, çünki bu yolla heç bir nəticəyə çatmayacaqlar.”
Sizin rəyiniz