Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Tehranda, Dr. Məsud Pezeşkianın iştirakı ilə Üçüncü Məcburi Müharibənin Nəticəsində Dəymiş Zərərlərin Bərpası üzrə İşçi Qrupunun iclası keçirilib.
Görüşdə Prezident zərər çəkmiş ərazilərin bərpası prosesinin sürətləndirilməsinin vacibliyini vurğulayaraq deyib: “İran xalqı heç vaxt düşmən qarşısında əyilməyəcək. “
“Dialoq və ya danışıqlardan söhbət gedirsə, bu, təslim olmaq və ya geri çəkilmək demək deyil, əksinə, məqsəd İran xalqının hüquqlarının həyata keçirilməsi və milli maraqların səlahiyyətlə müdafiə olunmasıdır.” – deyərək Prezident bildirib.
Çıxışının başqa bir hissəsində, son müharibənin yaratdığı təbii çətinliklərə toxunan cənab Pezeşkian bildirib: "Belə şəraitdə qalmaq, ayaqda durmaq və çətinliklərə və problemlərə dözmək bəzən şəhidlikdən daha çətindir. Səbir, müqavimət və tolerantlıqla meydanda qalan insanlar əslində "Böyük Cihad"ı həyata keçirirlər."
Sizin rəyiniz