Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İslam Şurası Məclisinin sədri şəhid kəşfiyyat nazirinin qırxı münasibətilə yaydığı mesajda vurğulayıb: Höccətül-islam vəl-müslimin Seyid İsmayıl Xətibin əldə etdiyi nailiyyətlər meydan qüvvələri üçün diqqətəlayiq nəticələrə səbəb olub.
Məhəmməd Baqir Qalibaf bu gün, çərşənbə axşamı (5 may) son müharibədə şəhid olmuş ölkənin kəşfiyyat naziri Höccətül-islam vəl-müslimin Seyid İsmayıl Xətibin şəhadətinin qırxıncı günü münasibətilə yaydığı mesajda yazıb: İran İslam Respublikasının mücahid və fədakar kəşfiyyat nazirinin şəhadətindən 40 gün ötür, lakin bu şəhidin təsirləri hələ də meydanda aydın şəkildə müşahidə olunur və ölkəmiz həmin böyük şəxsiyyətin gecə-gündüz fəaliyyətindən bəhrələnməkdədir.
O vurğulayıb: Şəhid Höccətül-islam vəl-müslimin Seyid İsmayıl Xətib bu torpağın təhlükəsizliyi uğrunda gecə-gündüz çalışan, başıuca bir mücahid idi və şəhadətin şirin şərbətini içməklə İran xalqının təhlükəsizliyinin qorunması yolundakı missiyasını başa çatdırdı. O, ailəsi ilə birlikdə qurbanlıq meydanına gəldi və bu namərd terror aktı düşmənin çirkin simasını daha da aşkara çıxardı.
İslam Şurası Məclisinin sədri mesajının sonunda qeyd edib: Bu böyük şəhid özündən parlaq izlər və xidmətlər qoyub, cəsarətlə səhnədə iştirak edib və bu gün kəşfiyyat ailəsinin “Seyyidüş-şühədası”nın nailiyyətlərinin bir hissəsi meydan qüvvələri üçün əhəmiyyətli nəticələr verib. Öz növbəmdə bu ixtisaslı, fədakar və cəsur şəhidin xatirəsini ehtiramla yad edir, Uca Allahdan onun ailəsinə səbir, sadiq və məsuliyyətli həmkarlarına isə xidmətlərinin davamını diləyirəm.
Sizin rəyiniz