Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib: Fars körfəzi regionunda yaranmış böhran ABŞ və İsrailin İran İslam Respublikasına qarşı əsassız təcavüzü nəticəsində formalaşıb və onun nəticələri artıq bütün regiona yayılmaqdadır.
Lavrov bazar ertəsi Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin Parlament Assambleyasının iclasında çıxışı zamanı bildirib: Bu böhran İrana qarşı əsassız təcavüz, eyni zamanda Livanda genişlənən müharibə, Suriyaya qarşı hərbi fəaliyyətlərin artması və Fələstin məsələsinin həllində tam durğunluq fonunda daha da dərinləşir.
O vurğulayıb: Hazırda vəziyyət ciddi narahatlıq doğurur və böhranın nəticələrinin Fars körfəzi ətrafı ölkələrə, Ərəbistan yarımadasına, Xəzər dənizi sahilində yerləşən dövlətlərə, Cənubi Qafqaza və Mərkəzi Asiyaya yayılması təhlükəsi ilə bağlı xəbərdarlıq siqnalları verilir.
Rusiya XİN rəhbəri qeyd edib: Regionlar bir-biri ilə sıx bağlıdır və qeyri-sabitlik bir bölgədən digərinə ötürülür.
Lavrov çıxışının digər hissəsində əlavə edib: Almaniyada və Adolf Hitler koalisiyasına qoşulan ölkələrdə mövcud olmuş nasizm ideologiyası və onun təzahürləri bu gün yenidən dirçəlməkdədir.
Sizin rəyiniz