17 aprel 2026 - 16:05
Source: IRNA
Axios şok iddia etdi: İran və ABŞ razılaşma çərçivəsinə yaxınlaşıb

Axiosun şok iddiası: İran və ABŞ razılaşma çərçivəsinə yaxınlaşıb

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: “Axios” saytı iki amerikalı rəsmi şəxsə istinadən iddia edib: ABŞ və İran nümayəndə heyətləri dünən keçirilən danışıqlarda irəliləyiş əldə ediblər və müharibəni dayandırmaq üçün razılaşma çərçivəsinə daha da yaxınlaşıblar.

“Axios” yerli vaxtla əlavə edib: İran və ABŞ Pakistan, Misir və Türkiyədən olan vasitəçilərin köməyi ilə qalan fikir ayrılıqlarını aradan qaldırmağa və 21 aprel tarixində atəşkəsin müddəti başa çatmadan əvvəl razılığa gəlməyə çalışırlar.

“Axios” həmçinin bildirib ki, amerikalı rəsmilər və vasitəçilik prosesindən məlumatlı mənbələr tərəflər arasında ciddi fikir ayrılıqlarının qalmasını nəzərə alaraq razılaşmanın əldə olunmasının zəmanət olunmadığını qeyd ediblər.

Sizin rəyiniz

You are replying to: .
captcha