15 aprel 2026 - 21:24
Source: IRNA
İİR Daxili İşlər Nazirindən sərhəd bölgələrinin icra başçılarına dəniz blokadası təhdidinə qarşı tapşırıq

İran İslam Respublikasının Daxili İşlər Nazirindən sərhəd bölgələrinin icra başçılarına dəniz blokadası təhdidinin təsirsizləşdirilməsi barədə tapşırıq

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Daxili işlər naziri İskəndər Mömini İranın blokadaya alınmaz olduğunu vurğulayaraq sərhəd vilayətlərinin icra başçılarına müraciət edərək deyib: Verilmiş xüsusi səlahiyyətlərdən istifadə etməklə dəniz blokadası təhdidini neytrallaşdırmalı və bu istiqamətdə düşmənin planlarını uğursuzluğa uğratmalıyıq.

Buna əsasən, sərhəd bölgələrinin icra başçıları əhalinin yaşayışına təsir göstərə biləcək təhdidlərin qarşısının alınması məqsədilə mövcud milli və regional imkanları səfərbər etməli, habelə sərhəd kooperativləri kimi yerli ictimai qurumlarla əməkdaşlığı genişləndirərək sərhəd ticarətini — əsas ərzaq məhsullarının idxalı və müxtəlif malların ixracını — daha da gücləndirməli və inkişaf etdirməlidirlər.

Sizin rəyiniz

You are replying to: .
captcha