15 aprel 2026 - 18:31
Source: IRNA
Pezeşkian Makronla telefon söhbətində: Hörmüz boğazına təhdid dünya üçün geniş nəticələr doğuracaq

Pezeşkian Makronla telefon söhbətində: Hörmüz boğazına təhdid dünya üçün geniş nəticələr doğuracaq

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ABŞ prezidentinin Hörmüz boğazı ilə bağlı son təhdidinə münasibət bildirərək vurğulayıb: İran daim bu strateji keçiddə gəmilərin təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunmasına çalışıb və bu regionun təhlükəsizliyinə qarşı istənilən təhdid qlobal ticarət üçün geniş nəticələrə səbəb olacaq. Eyni zamanda, İran milli maraqları çərçivəsində istənilən ssenariyə qarşı tam hazırlıqlıdır.

Məsud Pezeşkian ilə Fransa prezidenti Emmanuel Makron arasında baş tutan telefon danışığında regiondakı son proseslər, İslamabad danışıqlarının gedişi və atəşkəs məsələsi ətrafında fikir mübadiləsi aparılıb.

Prezident sözügedən danışıqda Pakistanın İslamabad şəhərində keçirilən danışıqların gedişinə toxunaraq, İranın danışıqlar heyətinin davamlı və dayanıqlı razılaşmaya nail olmaq üçün ciddiyyət və xoş niyyət nümayiş etdirdiyini bildirib. O qeyd edib: Tərəflər arasında ekspert səviyyəsində müəyyən razılaşmalar əldə olunsa da, ABŞ-nin yüksək səviyyəli rəsmilərinin həddindən artıq tələbləri və siyasi iradənin yetərsizliyi razılaşmanın yekunlaşdırılmasına mane olub.

Pezeşkian beynəlxalq prinsip və qaydalara riayət olunmasının vacibliyini vurğulayaraq bildirib: İran yalnız beynəlxalq hüquq çərçivəsində və xalqının hüquqlarının qorunması məqsədilə danışıqları davam etdirməyə hazırdır. O əlavə edib ki, Avropa konstruktiv rol oynayaraq ABŞ-ni bu çərçivələrə əməl etməyə təşviq edə bilər.

Sizin rəyiniz

You are replying to: .
captcha