Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani ABŞ-nin hərəkəti ilə bağlı BMT Baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda bildirib: "Dəniz blokadasının tətbiqi İran İslam Respublikasının suverenliyinin və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır".
İran İslam Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı səfiri və daimi nümayəndəsi BMT Baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda əlavə edib: "Bu hərəkət BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində göstərilən güc tətbiqi və ya təhdidinin qadağan edilməsinin açıq şəkildə pozulmasıdır və beynəlxalq hüquqa görə təcavüz aktının bariz nümunəsi hesab olunur".
İrəvani vurğulayıb: "Bundan əlavə, sözügedən qanunsuz hərəkət beynəlxalq dəniz hüququnun fundamental prinsiplərinin ciddi şəkildə pozulmasıdır".
İran İslam Respublikasının BMT-dəki səfiri deyib: "ABŞ İran limanlarına və limanlarından dəniz nəqliyyatının qarşısını almağa çalışaraq, İran İslam Respublikasının suveren hüquqlarının həyata keçirilməsinə qanunsuz müdaxilə edir və üçüncü dövlətlərin hüquqlarını və beynəlxalq hüquqa uyğun olaraq qanuni dəniz ticarətini pozur".
Sizin rəyiniz