14 aprel 2026 - 11:27
Source: IRNA
Kreml: Trampın yeni qərarı beynəlxalq bazarlara mənfi təsir göstərəcək

Kreml: Trampın yeni qərarı beynəlxalq bazarlara mənfi təsir göstərəcək

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Kreml sözçüsü bəyan edib: ABŞ Prezidentinin Fars körfəzindəki daşımaların vəziyyəti ilə bağlı yeni qərarı beynəlxalq bazarlara mənfi təsir edəcək.

Dmitri Peskov jurnalistin Donald Trampın İran limanlarının dəniz blokadası ilə bağlı iddiası barədə sualına cavab olaraq əlavə edib:

“Bir çox təfərrüatlar hələ də qeyri-müəyyən və anlaşılmazdır, ona görə də mən hazırda hər hansı əsaslı şərh verməkdən çəkinirəm.”

O, həmçinin qeyd edib: “Əminliklə demək olar ki, bu növ qərarlar dünya bazarlarına mənfi təsir göstərməyə davam edəcək.”

Sizin rəyiniz

You are replying to: .
captcha