12 aprel 2026 - 22:05
Source: IRNA
Taker Karlson: Tramp Netanyahunun köləsidir

Məşhur amerikalı aparıcı Taker Karlson müsahibəsində deyib: Mən Trampa acıyıram, necə ki, bütün “kölələrə” acıyıram.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Məşhur amerikalı aparıcı Taker Karlson ABŞ hökumətinin xarici siyasəti ilə bağlı müsahibə verib. Müsahibənin bir hissəsi aşağıdakı kimidir:

Karlson: Mən Trampa acıyıram, necə ki, bütün “kölələrə” acıyıram. O, bu anda ümumiyyətlə azad deyil ki, özü və ya ölkəsi üçün ən doğru hesab etdiyi işi görsün.

O azad deyil və biz bunu dünən anladıq; Tramp açıq-aşkar bir sakitliklə atəşkəs elan edəndə və onun şərtlərini, yaxud şərtlərinin böyük hissəsini ictimaiyyətə açıqlayanda. Amma həmin atəşkəs cəmi 2 saat sonra sona çatdı; çünki İsrail yalnız Livanın cənubunda deyil, həm də Beyrut şəhərinə hücum etməklə bu şərtləri qəsdən pozdu.

Trampın və ya mənim ömrüm boyu hər hansı bir ABŞ prezidentinin yol verdiyi ən böyük səhv, İranla bu ölkənin siyasi sistemini dəyişmək məqsədi ilə müharibəyə girmək olub.

Aparıcı: Yəni demək istəyirsiniz ki, o, Netanyahunun köləsidir?

Taker Karlson: Düşünmürəm ki, məsələni bu qədər sadələşdirib onun Netanyahunun tam nəzarəti altında olduğunu deyək. Amma mövzunu bu cür yekunlaşdırsanız da, dediyiniz tamamilə əsassız olmaz.

Sizin rəyiniz

You are replying to: .
captcha