Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Çikaqo Universitetinin professoru və beynəlxalq məsələlər üzrə baş analitiki İranın müharibəni açıq şəkildə qazandığını bildirib.
O, bu müharibənin ABŞ-nın xarici siyasətində böyük bir məğlubiyyət olduğunu qeyd edib və ABŞ üçün böyük mənfi iqtisadi və siyasi nəticələrə səbəb olacağını vurğulayıb.
Çikaqo Universitetinin professoru və məşhur siyasi nəzəriyyəçilərdən biri olan Con Mirşaymer "Əl-Ərəbi Əl-Cədid" kanalına verdiyi müsahibədə təkid edib:
“Tramp administrasiyası bu müharibədə məğlubiyyətlə düçar olduğunu və müharibəni bitirib dayandırmağın ABŞ prezidentinin maraqlarına çox uyğun olduğunu bilir. Əgər hər hansı bir razılaşma əldə olunarsa, Tramp və İranın hansı növ razılaşmaya çatacağı barədə fərziyyə irəli sürmək çətindir; amma hər halda, İranın bu müharibənin qalibi olduğu olduqca aydındır. Son razılaşma, bu münaqişədə qalib tərəfin ABŞ deyil, İran olduğunu əks etdirir.
Tramp bu müharibəyə İsrail üçün girdi və xalq bunu bilir. Amerika İsrailin maraqları naminə müharibəyə girdi və sonra bu müharibə fəlakətə çevrildi. Bir çox amerikalı deyəcək ki, İsrail bu fəlakətə görə çox günahkardır və bunun da nəticədə ABŞ-İsrail münasibətlərinə zərərli təsiri var.”
Sizin rəyiniz