Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Livan Şiə Hizbullah Müqavimət Hərəkatının Baş Katibi Şeyx Nəim Qasim çıxış edərək işğalçı sionist ünsürlərinin acizliyinə vurğulayıb.
O, nitqinin bir hissəsində təkidlə bildirib: “Düşmən İsrail rejimi döyüş meydanında Müqavimət Qəhrəmanları ilə qarşıdurmada aciz qaldı. Və dəfələrlə özlərinin elan etdiyi kimi, quru əməliyyatında heç bir irəliləyiş əldə edə bilməyiblər.”
Şeyx Nəim Qasim daha sonra Livan dövlət rəsmilərinə səslənərək vurğulayıb: “Biz heç vaxt icazə verməyəcəyik ki, əvvəlki vəziyyətə qayıdaq və rəsmilərdən xahiş edirik ki, havayı hədiyyə kimi güzəştlərə son qoysunlar.”
Sizin rəyiniz