Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: 30 ölkədən olan alimlər və keçmiş rəsmilər Trampın müharibə cinayətləri təhdidi fonunda ABŞ-nin İrana qarşı tətbiq etdiyi müharibəyə son qoymaq üçün 6 müzakirə olunmayan şərt elan ediblər.
İngilis, fransız, ispan, alman, italyan və türk dillərində veb saytlarda və sosial şəbəkələrdə yenidən dərc olunan və imza atanların tam siyahısı ilə birlikdə yayımlanan bəyanatda onlar İranın bu müharibəyə son qoymaq üçün qoyduğu şərtləri dəstəklədiklərini vurğulayıblar.
Qlobal ədalət baxımından bu müharibəyə son qoymaq üçün qəti və müzakirə olunmayan şərtlər aşağıdakılardır:
1. Müharibənin təkrarlanmaması zəmanəti və gələcəkdə heç bir təcavüzün baş verməməsini təmin etmək üçün məcburi beynəlxalq öhdəlik.
2. Bölgədəki bütün ABŞ hərbi qurğularının dərhal sökülməsi.
3. Təcavüzün rəsmi olaraq tanınması, təcavüzkarların beynəlxalq səviyyədə qınanması və insan və maliyyə itkilərinin tam kompensasiya edilməsi.
4. Bütün regional cəbhələrdə müharibəyə dərhal son qoyulması.
5. İranın tam suverenliyini tanımaqla Hörmüz boğazı üçün yeni bir hüquqi rejim yaratmaq.
6. Bu qan tökülməsini qızışdıran İran əleyhinə media elementlərini təqib etmək və ekstradisiya etmək.
Sizin rəyiniz