Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əfqanıstanın Hindukuş bölgəsində Rixter şkalası üzrə 5,8 bal gücündə güclü zəlzələ Kabul və Əfqanıstanın bir sıra digər əyalətlərini silkələdi və ən azı 8 nəfərin ölümünə səbəb oldu.
Zəlzələnin episentri Əfqanıstanın şimal-şərqindəki Bədəxşan əyalətinin Cərm şəhərindən 35 kilometr cənubda və 186 kilometr dərinlikdə baş verib.
Kabul qubernatorunun sözçüsü Hafiz Bəşəratın sözlərinə görə, zəlzələ Kabulun Baqrami rayonunun “Qosfand Dara” ərazisində yaşayış evinin uçmasına səbəb olub. Qurbanların hamısı ata, ana, dörd qız və iki oğul da daxil olmaqla bir ailənin üzvləri idi. Hadisədə bir uşaq da yaralanıb.
Sizin rəyiniz