Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Milli Təhlükəsizlik Şurasının katibi X sosial şəbəkəsində deyib: Biz Amerikayla heç bir danışıq aparmayacağıq.
İRNA-nın məlumatına görə, İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani X sosial şəbəkəsində paylaşdığı yazıda deyib: Biz Amerikayla heç bir danışıq aparmayacağıq.
Bundan öncə Əl-Cəzirə "Wall Street Journal"-a istinadən bildirib ki, İranın Milli Təhlükəsizlik Şurasının katibi Vaşinqtonla danışıqların yenidən başlaması üçün yeni cəhdlərə başlayıb.
Əli Laricani başqa bir mesajında ABŞ prezidentinin başından böyük danışığına işarə edərək yazıb: Tramp regionu puç xəyalları ilə münaqişəyə çevirib və indi Amerika qoşunlarının daha çox itkilərindən narahatdır. Onun özü tərəfindən yaradılmış "Əvvəl Amerika" şüarı "Əvvəl İsrail" şüarına çevirib və Amerika əsgərlərini İsrailin mənafeyinə qurban edib. Yenidən yalanlar uyduraraq öz şəxsiyyətinin qiymətini Amerika əsgərlərinə və ailələrinə ödətdirir. Bu gün İran xalqı özünü müdafiə edir. Müharibəni İran silahlı qüvvələri başlamayıb.
Sizin rəyiniz