25 fevral 2026 - 19:38
Source: IRNA
2025 – media nümayəndələri üçün ən ölümcül il / Qatili İsrail jurnalistlərin ölümünün 3/2-nə görə məsuliyyət daşıyır

2025 – media nümayəndələri üçün ən ölümcül il / Qatili İsrail jurnalistlərin ölümünün 3/2-nə görə məsuliyyət daşıyır

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: 2025-ci ildə 129 jurnalistin öldürülməsi qeydə alınıb və bu, media nümayəndələri üçün ən ölümcül il kimi tarixə düşüb. İkinci il ardıcıl olaraq İsrail rejimi öldürülən jurnalistlərin üçdə ikisinin ölümünə görə məsul hesab olunur.

"Committee to Protect Journalists" (CPJ) 30 ildən artıq müddətdə məlumat toplamağa başladığı vaxtdan bəri 2025-ci ildə öldürülən jurnalist və media əməkdaşlarının sayı bütün əvvəlki illərlə müqayisədə ən yüksək olub.

Ukrayna müharibəsinin başlanmasından dörd il keçməsinə və ötən ilin oktyabrından etibarən Qəzza müharibəsində atəşkəsin qüvvədə olmasına baxmayaraq, dünyada öldürülən jurnalistlərin sayı rekord həddə çatıb.

Beynəlxalq təşkilatın təsdiqlədiyi məlumatlara əsasən, ikinci il dalbadal olaraq İsrail rejimi qeydə alınmış ölümlərin üçdə ikisinə görə məsuliyyət daşıyır.

Sizin rəyiniz

You are replying to: .
captcha