Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: “Quincy” analitik mərkəzinin icraçı müavini Trita Parsi NPR radiosuna müsahibəsində bildirib ki, İrana qarşı məhdud hücumların həyata keçirilməsi ideyası ABŞ üçün “böyük yanlış hesablamadır” və Vaşinqton danışıqlar masasında Tehrana real güzəştlər təqdim etməlidir.
O qeyd edib ki, ABŞ administrasiyası İranın danışıqlarda geri çəkiləcəyi ümidi ilə məhdud hücum variantını nəzərdən keçirir. Onun fikrincə, bu, ciddi səhv hesablamadır. Çünki hazırda İran üçün masada olan təkliflər olduqca əlverişsizdir və cəlbedici deyil. Hətta real sanksiyaların ləğvi təklif belə olunmayıb, yalnız yeni sanksiyaların tətbiq edilməyəcəyi vədi verilib.
Onun sözlərinə görə, mövcud sanksiya səviyyəsi İran iqtisadiyyatına ciddi təzyiq göstərir və Tehran bu vəziyyətlə davam edə bilməz. İranın real sanksiya ləğvinə ehtiyacı var və buna nail olmaq üçün əsas təzyiq rıçağı kimi nüvə proqramından istifadə edir.
Sizin rəyiniz