Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi tam nüvə silahsızlaşdırılmasının və Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) ayrı-seçkilik olmadan icrasının vacibliyini vurğulayaraq bildirib ki, İsrail rejiminin nüvə arsenalı Yaxın Şərqin nüvə silahlarından azad zonaya çevrilməsinin qarşısında əsas maneədir.
Qəribabadi Cenevrədə Silahsızlanma Konfransının yüksək səviyyəli iclasında İran İslam Respublikasının prinsipial mövqelərini izah edərək beynəlxalq ictimaiyyətin effektiv çoxtərəfliliyə, real silahsızlanmaya və beynəlxalq hüquqa qeyd-şərtsiz hörmətə qayıtmasının zəruriliyini vurğulayıb.
Xarici işlər nazirinin müavini Nüvə Silahlarının Yayılmaması Müqaviləsini qlobal yayılmama və silahsızlanma sisteminin təməl daşı adlandıraraq bildirib: İran İslam Respublikası bu müqavilə çərçivəsində üzərinə götürdüyü öhdəliklərə daim sadiq qalıb.
əlavə edib ki, İranın dinc nüvə enerjisindən istifadə hüququ beynəlxalq hüquq çərçivəsində təmin olunmuş, danışıqların şərti kimi dayandırıla və ya ləğv edilə bilməyən ayrılmaz hüquqdur.
Sizin rəyiniz