Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ABŞ-də keçirilmiş yeni sorğunun nəticələri göstərir ki, bu ölkə vətəndaşlarının böyük əksəriyyəti ABŞ-nin İrana qarşı hərbi hücumuna qarşı çıxır. Bu məsələ iki ölkə arasında gərginliyin artdığı və mümkün hərbi addımlarla bağlı ehtimalların səsləndiyi bir vaxtda diqqət çəkib.
Merilend Universitetinin “Kritik Məsələlər” adlı son sorğusu 5–9 fevral tarixlərində (fevral ayının ortaları) keçirilib. Nəticələrə əsasən, respondentlərin 49 faizi ABŞ-nin İrana hücumuna qarşı olduğunu bildirib. 21 faiz belə bir addımı dəstəklədiyini qeyd edib, 30 faiz isə bu məsələ ilə bağlı mövqeyinin olmadığını deyib.
Sorğunun təfərrüatları göstərir ki, siyasi mənsubiyyət baxışlara ciddi təsir göstərib. Respublikaçıların 40 faizi İrana hücumu dəstəkləyib. Demokratlar arasında bu göstərici 6 faiz, müstəqillər arasında isə 21 faiz təşkil edib.
Sizin rəyiniz