Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Hindistanın Baş naziri Narendra Modinin işğal olunmuş ərazilərə iki günlük səfərindən əvvəl Yeni Dehli strateji münasibətləri və müdafiə əməkdaşlığını dərinləşdirməyə və genişləndirməyə, o cümlədən ballistik raket əleyhinə müdafiə sisteminin birgə hazırlanmasına çalışır.
Yeni Dehli və Tel-Əvivin təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayacağı gözlənilsə də, iki yaxın müttəfiq arasında ikitərəfli müdafiə əməkdaşlığı davam etdiyi və yaxın illərdə təxminən 10 milyard dollar dəyərində olacağı təxmin edildiyi üçün heç bir müdafiə müqaviləsi gözlənilmir.
Sizin rəyiniz