Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının xarici işlər naziri Donald Trampın son açıqlamasına reaksiya verərək bildirib ki, rəsmi açıqlanan statistika ilə bağlı hər hansı şübhə yalnız sənəd və sübutlarla əsaslandırılmalıdır.
Seyid Abbas Əraqçi ABŞ prezidentinin son hadisələrdə həlak olanların sayı barədə iddiasına cavab olaraq yayımladığı mesajda qeyd edib: Hökumət şəffaflıq öhdəliyinə uyğun şəkildə terror əməliyyatları nəticəsində həlak olan 3117 nəfərin tam siyahısını artıq dərc edib. Onların təxminən 200 nəfəri hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.
Nazir vurğulayıb: Əgər kimsə açıqladığımız məlumatların düzgünlüyünə şübhə edirsə, xahiş edirik bunu sübutla əsaslandırsın.
Əraqçi əlavə edib ki, İran İslam Respublikası ictimaiyyətə dəqiq statistikanın təqdim olunması və məlumatlandırmada şəffaflıq prinsipinə sadiqdir; bu sahədə irəli sürülən hər bir iddia mötəbər sənədlərə əsaslanmalıdır.
Sizin rəyiniz