Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Kanada Baş naziri Mark Karni Kanadada və dünyanın hər yerindəki müsəlman icmasına xüsusi Ramazan təbriklərini çatdırdı.
"Bu gün günəş batarkən Kanadada və dünyanın hər yerindəki müsəlmanlar xatirə və düşüncə ayı olan müqəddəs Ramazan ayına başlayırlar", - deyə Karni açıqlamasında bildirib.
O əlavə edib ki, bu müqəddəs ayda ailələr və dostlar evlərdə və Məscidlərdə toplaşır, dua edir və düşünürlər, günəşin doğuşundan gün batmasına qədər uzun bir orucdan sonra günlərini ənənəvi iftarla başa vururlar.
Karni Kanadada bir çox müsəlmanın üzləşdiyi çətinliklərə toxunaraq, vurğulayıb: İslamofobiya təcili diqqət tələb edən ağrılı bir məsələdir. Bunun önü alınmalıdır.
O, nifrətlə mübarizənin onun hökuməti üçün prioritet olduğunu izah etdi və İslamofobiyanın Kanadada yeri olmadığını vurğuladı.
O əlavə etdi ki, “Kanada dəyərlərinin mərkəzində hər bir insanın azadlıq, təhlükəsizlik və ləyaqətli həyat kimi fundamental hüququ dayanır – bu dəyərlər müzakirə olunmazdır”.
Sözünün sonunda Karni müsəlmanların qorxu və hədələrdən azad olub, təhlükəsizlik və qürur içində yaşaya biləcəyi bir cəmiyyət qurmaqda bir olmağa çağırdı. O, həmçinin hər kəsə Kanadada və dünyada bütün müsəlmanlar üçün sülh və əmin-amanlıqla dolu dinc və bərəkətli Ramazan arzuladı.
Sizin rəyiniz