Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ABŞ prezidenti Donald Trampın İsrail prezidenti İsaak Herzoqa qarşı sərt açıqlamalarından sonra onunla İsrailin baş naziri Benyamin Netanyahu arasında görünməmiş gərginlik yaranıb.
Sionist rejimdə çap olunan Yedioth Ahronoth qəzeti bu mövzuda Herzoqun Netanyahunun izahatlarını gözlədiyini bildirib. O, İsrailin suveren mövqeyinə ağır zərbə vuran bu "təkəbbürlü açıqlamaların" səbəbinin Netanyahunun təxribatları olub-olmadığını anlamaq istəyir?
Qəzet Herzoqla yaxın mənbələrə istinadən yazıb ki, əgər bu açıqlamaların arxasında Netanyahunun dayandığı və Trampı təhrik etdiyi müəyyən edilərsə, bu, onun qırmızı xətti keçdiyini sübut edəcək.
Qəzet əlavə edib: "Tənqidlə təhqir arasında fərq var və Trampın açıqlamaları təhqir idi."
Prezidentin yaxın köməkçiləri də bildiriblər: "Biz Netanyahunun bu işdə iştirak edib-etmədiyini və Trampdan Hersoq əleyhinə bu cür sərt ifadələr işlətməsini istəyib-istəmədiyini bilmək istəyirik."
Vaşinqtonda Netanyahu ilə görüşdükdən cəmi bir gün sonra Tramp, Hersoqa görünməmiş bir hücum edərək dedi ki, Hersoq Netanyahunu əfv etmədiyinə görə özündən utanmalıdır.
Tramp daha da əlavə edərək dedi: "Netanyahu müharibə zamanı yaxşı baş nazir idi. O, çox güclü idi və biz onunla əla işlədik."
Daha sonra o əlavə etdi: "Bildiyiniz kimi, İsraildə bu məhkəmədə onu əfv etməkdən imtina edən bir prezident var. Məncə, bu, utancvericidir."
Sizin rəyiniz