10 fevral 2026 - 17:44
Pəhləvi terror ünsürləri Nimeyi Şaban gecəsi İngiltərə İslam Mərkəzinə hücum təşkil ediblər

Londondakı İngiltərə Şiə İslam Mərkəzi Nimeyi Şaban gecəsi səhəri yandırıcı qurğularla hədəfə alınıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ötən həftənin çərşənbə günü səhəri, Nimeyi Şaban gecəsi Londonun Maida Vale şəhərindəki İngiltərə İslam Mərkəzi qəsdən yandırma hücumuna məruz qalıb.

Hücum nəticəsində mərkəzin kitab mağazası və park edilmiş avtomobil zədələnib. Polis bir kişinin "həyatı təhlükəyə atmaq niyyəti ilə yandırma" şübhəsi ilə həbs olunduğunu açıqlayıb.

İngiltərə İslam Mərkəzi üzvləri tərəfindən verilən açıqlamaya görə, hücum "İslam əleyhinə nifrət cinayəti" adlandırılıb və bu hadisənin tək bir hadisə olmadığı vurğulanıb. Bildirilib ki, son həftələrdə mərkəz və onun ibadətgahları əllərində sionist rejimin və Pəhləvi rejiminin bayraqlarını tutan yaraqlı ünsürlər tərəfindən təqib və hücumlara məruz qalıb.

Bəyanatda hadisənin Birmingem və Mançester şəhərlərindəki məscidlərə qarşı müsəlman əleyhinə bir sıra iğtişaşlar və zorakılıq aktları kontekstində baş verdiyi, bu müddət ərzində qadın və uşaqların da təhdidlərə və nifrət dolu təhqirlərə məruz qaldığı bildirilib.

Qeyd edək ki, bu təhdidlərə cavab olaraq, Birmingem və Mançester şəhərlərindən yayımlanan görüntülər göstərir ki, bu şəhərlərdəki şiələr İslam mərkəzlərinin ətrafında və İran İslam Respublikasının müqəddəs bayrağı altında iştirak etməklə sionistlər və xainlər tərəfindən İslam əleyhinə toplantılara qarşı dini məkanlarını dəstəkləyib və qoruyublar.

Sizin rəyiniz

You are replying to: .
captcha