8 fevral 2026 - 23:21
Source: IRNA
Səudiyyə Ərəbistanından Sudanın Çevik Dəstək Qüvvələrinə sərt bəyanat

Səudiyyə Ərəbistanından Sudanın Çevik Dəstək Qüvvələrinə sərt bəyanat

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi Sudanda Çevik Dəstək Qüvvələrinin Kordofan bölgəsində Kuveyk xəstəxanasına, humanitar yardım karvanına və məcburi köçkünləri daşıyan avtobusa hücumlarını cinayət xarakterli adlandıraraq kəskin şəkildə pisləyib və bu qüvvələrin fəaliyyətinin dərhal dayandırılmasını tələb edib.

Bəyanatda qeyd olunub ki, bəzi tərəflər siyasi həll yolunu dəstəklədiklərini vurğulasalar da, Sudana silah və muzdlu döyüşçülərin ötürülməsini davam etdirirlər. Bu isə ölkədə müharibənin uzanmasına səbəb olur və Sudan xalqının əzablarını daha da artırır.

Sizin rəyiniz

You are replying to: .
captcha