Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əl-Mayadeen Xəbər Agentliyinin məlumatına görə, Bloomberg sionist rejiminin tarixinin ən pis ruhi sağlamlıq böhranlarından birində olduğunu, Əl-Əqsa Fırtınası Əməliyyatından sonra minlərlə sionistin travma sonrası stress pozğunluğundan əziyyət çəkdiyini bildirib.
Məruzəyə görə, bu məsələ sionist iqtisadiyyatına böyük maliyyə ziyanı vurub.
Məruzədə bildirilir ki, Təl-Əvivin növbəti beş il ərzində bu sahəyə 500 milyard şekel (160 milyard dollar) xərcləyəcəyi gözlənilir.
Bu zərərlərə iş imkanlarının zəifləməsi, istehsalın azalması, yol qəzalarının artması, xroniki xəstəliklər, məişət zorakılığı və asılılıq daxildir. Həmçinin bildirilib ki, ruhi sağlamlıq problemlərindən əziyyət çəkən sionistlərin sayı yüz minlərlədir.
Hazırda 32.000 sionist əsgəri sionist Hərb Nazirliyinin reabilitasiya şöbəsində ruhi sağlamlıq problemləri ilə əlaqədar müalicə olunur. Bu rəqəmin 50.000 nəfərə qədər artacağı deyilir.
Sizin rəyiniz