Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əl-Sumaria Xəbər Agentliyinin məlumatına görə, İraq Parlamentinin media ofisi verdiyi açıqlamada Nümayəndələr Palatasının Sədri prezident seçmək üçün iclası təxirə salmaq qərarına gəldiyini açıqlayıb.
Bu addım bəzi İraq qruplarının Parlament Sədrindən prezident seçmək üçün bugünkü iclası təxirə salmasını istəməsindən sonra atılıb.
İraq mediasının məlumatına görə, prezident seçmək üçün İraq Parlamentinin iclasının gələn həftənin bazar günü keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, bu addım iki partiya arasında anlaşma və razılaşma üçün daha çox vaxt vermək məqsədilə atılıb.
Amma analtklər Parlament iclasının təxirə salınması, ABŞ prezidenti Donald Tramp administrasiyasının seçkilərdə qalib gələn partiyaları sərbəst şəkildə seçərək xalq tərəfindən seçilmiş prezidentin vəzifəyə başlamasının qarşısını almaq üçün təzyiqi ilə əlaqəli göründüyünü deyirlər.
Belə ki, bu gün səhər müdaxiləçi çıxışlarında ABŞ prezidenti Donald Trampın nümayəndəsi Tom Barak İraqda "qonşu ölkələr və Qərblə əməkdaşlıq edən" bir hökumətin qurulmasının zəruriliyindən danışıb. O, bunu "bölgədə sabitlik və rifahın" açarı adlandırdı.
Barak İraq Kürdüstan Demokrat Partiyasının lideri Məsud Bərzani ilə "məhsuldar" telefon danışığı etdiyini də söyləyib.
Sizin rəyiniz