Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Şabaniyyə xütbəsi, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) Şaban ayının son cümə günü səhabələrinə çatdırdığı müqəddəs Ramazan ayının əzəməti və fəziləti haqqında olan ən gözəl və dəyərli əxlaqi-əqidəvi nizamnamələrindən biridir. Bu xütbənin əsas mövzuları Ramazan ayını əzəmətlə qeyd etmək, ehtiyacı olanlara diqqət yetirmək, gözlərə, qulaqlara və dilə nəzarət etmək, Quran oxumaq, dua etmək, Qiyamət gününü xatırlamaq və s. nəsihətləri əhatə edir. Bu xütbəni İmam Rza (əleyhi səlam) Əmirəl-möminindən (əleyhi səlam) nəql etmişdir.

Sizin rəyiniz