26 yanvar 2026 - 20:01
Source: IRNA
ABŞ senatorları xəbərdarlıq etdilər: Etirazçılara hücum, Daxili Təhlükəsizlik Nazirliyinin nüfuzunu təhlükəyə atıb

ABŞ senatorları: Etirazçılara hücum Daxili Təhlükəsizlik Nazirliyinin nüfuzunu təhlükəyə atıb

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ABŞ-nin həm demokrat, həm də respublikaçı senatorları immiqrasiya idarəsi məmurlarının etirazçılara hücumunu, həmin idarənin və ölkənin Daxili Təhlükəsizlik Nazirliyinin nüfuzunun sarsılmasına səbəb olan amil kimi qiymətləndiriblər.

Respublikaçı senator Bill Kessidi Minneapolisdə bir etirazçının qətlə yetirilməsinə reaksiya olaraq "X" sosial şəbəkəsində yazıb: İmmiqrasiya İdarəsinin və Daxili Təhlükəsizlik Nazirliyinin etibarı təhlükədədir.

‌Senator Mark Kelli də bir video-fayl yayımlayaraq, ABŞ Prezidenti Donald Tramp hökuməti rəsmilərinin öldürülən etirazçı Aleks Preytinin immiqrasiya məmurlarına qarşı silahlı hücum cəhdi ilə bağlı iddialarını rədd edərək qeyd edib: Müvafiq videoları dəfələrlə izlədim. Preyti heç kim üçün təhlükə yaratmamışdı və əsassız yerə öldürüldü.

Sizin rəyiniz

You are replying to: .
captcha