24 yanvar 2026 - 17:50
Source: IRNA
Pezeşkian: Bütün həyatını itirənlər üçün kədərliyəm və hər bir vətəndaşımla həmrəyəm

Pezeşkian son həftələrdə baş verən acı hadisələrə işarə edərək, həyatını itirənlərin və zərər çəkənlərin ailələri ilə həmrəyliyini bildirdi.  

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran Prezidenti ölkə xalqına ünvanladığı müraciətində, son həftələrdə baş verən acı hadisələrə işarə edərək, həyatını itirənlərin və zərər çəkənlərin ailələri ilə həmrəyliyini bildirdi.

O, bu hadisələri vətəndaşların dinc etirazlarını iğtişaşa çevirmələrini düşmən təxribatı adlandırdı və vətəndaşların haqq etirazlarına, eləcə həbs edilənlərə qarşı ədalətli yanaşılmasına və dəyən ziyanın qarşılanmasına təkid etdi.

Prezidentin müraciətinin əsas bəndləri aşağıdakı kimidir:

Əziz İran xalqı, son həftələrdə hamımızın yaşadıqlarımız çətin bir sınaq idi və dərin bir kədər yaşadıq.

İranın düşmənlərinin təxribatı nəticəsində xalqın haqlı və dinc etiraz səhnəsi qanlı bir iğtişaş meydanına çevrildi. Bunun nəticəsində təxminən üç min vətəndaş həyatını itirdi, minlərlə insan isə cismən və ruhən yaralandı.

12 günlük müharibədə minlərlə qadını, kişini, gənci, uşağı, alimi və bu torpağın generallarını qana boyayan eyni murdar əllər, bu dəfə müxtəlif vasitə və bir neçə muzdurun köməyi ilə fəaliyyətə başladı. Onlar canlı və dinamik bir cəmiyyətin təbii hüququ olan etirazı, yüz illərin ictimai irsini, məscidləri, məktəbləri və milli sərvətləri yandıran müqəddəs olmayan bir qəzəbə çevirdilər.

Qiymətli həyatlar itirildi, sevimli insanlar qurban verildi. Bir neçə günlük iğtişaşlar və təhlükəsizliksizlik şəraitində təxminən 2500 günahsız vətəndaşın və asayiş keşikçilərinin həyatlarını itirməsi, acı bir təcrübə idi və əziz İran, keçdiyi digər böyük sınaqlar kimi, bundan da dərs çıxaracaqdır.

2026-cı ilin yanvar ayında baş verən Amerika-sionist təxribatı, düşmənin 12 günlük müharibədə yaşadığı məğlubiyyətin qisası idi.

Mən bu gün bütün həyatını itirənlər üçün kədərliyəm və böyük bir qəm yaşayan hər bir vətəndaşımla həmrəyəm. Böyük İran xalqının etibarından qaynaqlanan vəzifəm əsasında, bir daha təsdiq edirəm ki, xalqın hüquqlarının qoruyucusu olacağam. Mən müxtəlif qruplara tapşırmışam ki, bu hadisələrin səbəb və amillərini araşdırsın, iğtişaşın əsas köklərini müəyyən edib onları məhv etsin.

Etiraz vətəndaşların təbii hüququdur və hökumət özünü xalqın səsini eşitməyə borclu sayır. Son zamanlarda həbs edilənlərin vəziyyətinə və ittihamlarına münasibətdə, ədalət və mərhəmət prinsiplərinə riayət edərək, etiraz edənləri və hətta aldananları, əlləri günahsız insanların qanına bulaşanlardan ayırmaq üçün son dərəcə diqqət yetiriləcəkdir.

Hökumət və dövlət, bu acı hadisələrdən zərər çəkmiş hər kəs qarşısında məsuliyyət daşıyır və qəhrəman İran xalqının köməyi ilə, mümkün qədər ziyanın əvəzini ödəməyə çalışacaqdır.

Zəif nöqtələri müəyyən edib aradan qaldırmaq və acı təcrübələrdən dərs çıxarmaq gələcəyimizi parlaq edəcək. Böyük İran xalqı, öz birlik və həmrəyliyi ilə, Ali Rəhbərin müdrik rəhbərliyi altında üç hakimiyyət qolunun birliyi ilə parlaq və möhkəm bir gələcək quracaq. İnşallah.

Sizin rəyiniz

You are replying to: .
captcha