24 yanvar 2026 - 17:41
Source: IRNA
SEPAH: İrana qarşı 10 xarici kəşfiyyat xidmətinin fitnəsi iflasa uğradı

İrana qarşı 10 xarici kəşfiyyat xidmətinin fitnəsi iflasa uğradı

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: SEPAH-ın Kəşfiyyat Təşkilatı yanvar ayında baş verən terror hadisələrini İranın milli kimliyini və ərazi bütövlüyünü parçalamağa yönəlmiş genişmiqyaslı ABŞ-sionist layihəsinin bir hissəsi kimi qiymətləndirib və bu plan "İmam Zamanın (ə.f) adsız əsgərləri"nin səyləri və İran xalqının dəstəyi ilə puça çıxarılıb.

Bəyanatda vurğulanır: Bu terror hadisələri 12 günlük müharibənin davamı olaraq planlaşdırılmışdı və hegemon sistemin strateji məğlubiyyətlərinin təsiri altında tələsik şəkildə həyata keçirildi. Lakin təhlükəsizlik və hüquq-mühafizə orqanlarının hazırlığı, habelə xalqın ayıq-sayıqlığı nəticəsində bu genişmiqyaslı ABŞ-sionist planı uğursuzluqla nəticələndi.

Məlumata görə, 12 günlük müharibədən dərhal sonra İranda terror aktları törətmək məqsədilə 10 kəşfiyyat xidmətindən ibarət "düşmənin komandanlıq qərargahı" yaradılıb.

Sözügedən qərargahdan əldə edilmiş sənədlər və kəşfiyyat məlumatları göstərir ki, "daxili iğtişaşlar, hərbi müdaxilə və silahlı qruplaşmaların hərəkətliliyi" böyük İranın suverenliyinə təhdid yaratmaq məqsədilə hazırlanan əməliyyatın üç əsas sütununu təşkil edib.

Sizin rəyiniz

You are replying to: .
captcha