Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rzayi bildirib ki, İranın Çindəki səfiri Əbdürrza Rəhməni Fəzli komissiya üzvlərinə hesabat təqdim edib.
Onun sözlərinə görə, iclasda Tehran–Pekin münasibətlərinin inkişafı və 25 illik əməkdaşlıq sazişinin icrasının vacibliyi xüsusi olaraq qeyd edilib.
İbrahim Rzayi əlavə edib: Səfir Çinlə əlaqələrin əhəmiyyətini vurğulayaraq ölkə prezidentinin bu il Çinə səfərini xatırladaraq bildirib ki, həmin səfər çox müsbət nəticələr verib.
Komissiyanın sədri də iclasda çıxış edərək İran–Çin münasibətlərinin strateji xarakter daşıdığını bildirib və hökumətin Çinlə əməkdaşlığın genişləndirilməsinə əvvəlkindən daha çox diqqət ayırmasının vacib olduğunu vurğulayıb.
Sizin rəyiniz