19 noyabr 2025 - 17:22
Source: IRNA
“Şanxay” üzvlərinin Qərbin İran əleyhinə addımlarına etiraz bəyanatı

Bu birgə bəyanat çərşənbə günü Moskvada keçirilən toplantıda İranın birinci vitse-prezidenti Məhəmmədrza Arif və digər yüksək səviyyəli iştirakçı rəsmilər tərəfindən imzalanıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin baş nazirləri 24-cü toplantılarını yekunlaşdırarkən birgə bəyanatla çıxış edərək, qarşılıqlı əməkdaşlığın və əlaqələndirmənin gücləndirilməsi yanaşmalarını vurğulayıb və nüvə məsələsini bəhanə gətirərək Qərbin İran əleyhinə addımlarına etirazlarını bildirib.

Bu birgə bəyanat çərşənbə günü Moskvada keçirilən toplantıda İranın birinci vitse-prezidenti Məhəmmədrza Arif və digər yüksək səviyyəli iştirakçı rəsmilər tərəfindən imzalanıb.

Bəyanatın iştirakçı heyət rəhbərləri vurğulayıblar: Şanxay Əməkdaşlıq Təşkilatının üzv ölkələri BMT Nizamnaməsi və beynəlxalq hüququn digər normaları ilə ziddiyyət təşkil edən, həmçinin beynəlxalq əməkdaşlığa və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağa mane olan birtərəfli məcburedici tədbirlər, o cümlədən iqtisadi tədbirlərə qarşıdır.

Onlar bu kontekstdə, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin qəbulunda konsensus yaradan əməkdaşlıq və inkluzivlik ruhunun qorunmasının vacibliyini qeyd ediblər və qətnamənin 8-ci bəndinə əsasən onun müddəalarının etibarsız olduğunu xatırladıb.

Sizin rəyiniz

You are replying to: .
captcha