Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Reuters yazıb: Avstraliyanın baş naziri Entoni Albanese bazar ertəsi Kanberranın ABŞ-ın İrana hücumunu dəstəklədiyini bildirib. O, həmçinin gərginliyi azaltmağa və diplomatiyaya qayıtmağa çağırıb.
Albanese Kanberrada jurnalistlərə deyib: "Dünya çoxdan İranın nüvə silahı əldə etməsinə icazə verilməməsi ilə bağlı razılığa gəlib və biz bunun qarşısını almaq üçün hərəkəti dəstəkləyirik. Məlumatlar aydın olub ki, İran uranı 60 faizə qədər zənginləşdirib və "onun 60 faizə çatmasının mülki nüvə enerjisi ilə bağlı proqramla məşğul olmasından başqa heç bir izahı yoxdur".
Qeyd edək ki, beynəlxalq nüvə agentliyi ötən həftə İranın nüvə silahı istehsal etmək niyyətində olmadığını bir daha açıqlasa da lakin hegemon dövlətlər və onların əlaltıları öz cəfəngiyyatlarından əl çəkmirlər.
Sizin rəyiniz