26 avqust 2025 - 16:41
Avstraliyanın baş naziri İranı terrorçu olmaqda ittiham edərək qara piar kampaniyasına start verib

Avstraliya hökuməti iki antisemit hücumda İranı günahlandırıb və Tehran səfirini ölkədən çıxaracağını bildirib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Reuters yazıb: Avstraliya çərşənbə axşamı İranın Kanberradakı səfirini ölkədən çıxaracağını elan edib. Bu arada baş nazir Entoni Albanese Tehranı Sidney və Melburn kimi mühüm şəhərlərdə iki antisemit hücumu həyata keçirməkdə ittiham edib.

Avstraliya bildirir ki, 2023-cü ilin oktyabrında İsrail-Qəzza müharibəsi başlayandan bəri yəhudilərin evləri, məktəbləri, sinaqoqları və nəqliyyat vasitələri antisemitizm vandalizmi və yandırma hədəfinə çevrilib.

Albanese mətbuat konfransında iddia edib ki, Avstraliya kəşfiyyat agentliyi İran hökumətinin hücumlardan ən azı ikisini idarə etdiyini göstərən etibarlı məlumatlar toplayıb.

Avstraliyanın xarici işlər naziri Penni Vonq da bildirib ki, İran səfiri Əhməd Sadiqi və onun üç həmkarına persona non-qrata elan edilib və ölkəni tərk etmək üçün 7 gün vaxt verilib.

P.S: Xatırladaq ki, ötən ay ərzində Avstraliyada iki genişmiqyaslı, yarım milyonluq və 300 min nəfərlik anti-sionist yürüşlər keçirilib. Bu genişmiqyaslı yürüşlərABŞ və sionist İsrail rejiminin xoşuna getmədiyi üçün Avstraliya hökümətinə təzyiqlər endiriblər. Nəticədə Albanese höküməti İrana qareşı qara piara start verib.

Tags

Sizin rəyiniz

You are replying to: .
captcha