Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Şurası Məclisinin sədri Məhəmmədbağır Qalibaf parlament heyətinin başçısı qismində Cenevrəyə səfər edib. O, Cenevrədə keçiriləcək Altıncı Dünya Parlament Sədrləri Konfransında iştirak edəcək.
Səfər çərçivəsində Qalibafın konfransın əsas iclasında çıxışı, tədbir çərçivəsində iştirakçı ölkələrin parlament sədrləri ilə ikitərəfli görüşlər keçirməsi, həmçinin İsveçrədə yaşayan iranlılarla görüşü planlaşdırılır.
Qeyd edək ki, sözügedən beynəlxalq konfrans çərşənbə axşamı BMT-nin Cenevrə qərargahında öz işinə başlayacaq və cümə axşamına qədər davam edəcək.
Tədbir dünyada parlamentlərarası əməkdaşlıq və qanunvericilik sahəsində əsas problemlərin müzakirə olunduğu ən mühüm beynəlxalq forumlardan biri hesab olunur.
Sizin rəyiniz