9 iyun 2025 - 12:13
ETTELAAT faşist sionist rejimə vurduğu tarixin ən böyük kəşfiyyat zərbələrindən birini açıqladı

İran İslam Respublikasının kəşfiyyat xidməti çoxlu sayda strateji və həssas məlumat və sənədləri, o cümlədən nüvə planları və obyektləri işğal olunmuş ərazilərdən çıxarıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İranın Yayım Agentliyi İRİB regiondakı məlumatlı mənbələrə istinadən yazıb: İranın Kəşfiyyat Xidməti ETTELAATsionist rejimin xeyli sayda strateji və həssas məlumat və sənədlərini, o cümlədən bu faşist rejimin nüvə planları və obyektləri ilə bağlı minlərlə həyati sənədlərini əldə edib.

Faşist işğalçı rejimin Daxili Təhlükəsizlik Agentliyi (Şinbet) və polisi 17 gün əvvəl verdiyi açıqlamada bildirib ki, sionist rejimin şimalında yerləşən Hayfa şəhərində “Nəşr” məntəqəsindən olan 24 yaşlı Roy Mizrahi və Olmoq Atias İranla əməkdaşlıqda ittiham olunaraq həbs ediliblər.

Qeyd olunan şəxslərin həbsi, əgər bu yaxınlarda baş verənlərlə bağlı olarsa, işğal olunmuş ərazilərdən sənəd partiyaları İran İslam Respublikasına getdikdən sonra baş verib.

Bu mənbələr qeyd ediblər ki, sözügedən sənədlərin əldə edilməsi əməliyyatı bir müddət əvvəl həyata keçirilsə də, sənədlərin çoxluğu və bütün yüklərin təhlükəsiz şəkildə ölkəyə daşınması zərurəti onların hamısının nəzərdə tutulan mühafizə olunan ərazilərə çatdırılması üçün xəbər sükutuna səbəb olub.

İRİB angentliyinin məlumatına əsasən: Sənədlərin çoxluğu o qədərdir ki, onların hamısına baxmaq, şəkillər və videoları izləmək xeyli vaxt aparıb.

İRİB bu böyük kəşfiyyat nailiyyəti haqqında daha çox məlumat əldə etmək üçün axtarışlarını davam etdirir.

Sizin rəyiniz

You are replying to: .
captcha