7 iyun 2025 - 21:07
Qolani terror rejiminin ünsürləri Ayətullah Sistaninin Dəməşqdəki ofisinə hücum etdi

Birbaşa Türkiyə tərəfindən Suriyada yaradılan və tam dəstəklənən “Cəbhət ən-Nusra” vəhhabi terror qruplaşmasına bağlı bir qrup terrorçu həzrət Ayətullah Sistaninin Dəməşqin Zeynəbiyyə bölgəsindəki ofisinə hücum edib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Birbaşa Türkiyə tərəfindən Suriyada yaradılan və tam dəstəklənən “Cəbhət ən-Nusra” vəhhabi terror qruplaşmasına bağlı bir qrup terrorçu həzrət Ayətullah Sistaninin Dəməşqin Zeynəbiyyə bölgəsindəki ofisinə hücum edib.

Vəhhabi terrorçu dəstənin üzvləri İslam Dünyasının şanlı və nüfuzlu Ali Təqlid Mərcələrindən biri olan Ayətullah Seyyid Sistani həzrətlərtinin ofisinə ziyan vurub, avadanlıqlarını talayıblar. Suriya İnsan Haqları Müşahidə Qrupu bildirib ki, hücum edənlər vasitəçilik etdikdən sonra rəsmi üzr istəyiblər və oğurladıqlarını geri qaytarıblar.

Regional fəallar hücumu Suriyadakı bütün şiə icmasının şəxsi həyatının pozulması kimi qiymətləndirərək, bu cür hadisələrin təkrarlanmayacağına dair təminat verilməsini və gərgin bölgələrdə dini və ictimai qurumların roluna hörmət edilməsini istəyiblər. İraqın siyasi və dövlət xadimləri Ayətullah Sistaninin ofisinə edilən hücumu geniş şəkildə pisləyiblər.

Sizin rəyiniz

You are replying to: .
captcha