7 iyun 2025 - 18:55
İmam Xamenei: İslam dünyası Qəzzada baş verən faciələri dayandırmaq üçün Həcc dərslərini tətbiq etməlidir

İmam Xamenei həzrətləri, qaniçən faşist İsrail rejimin Qəzzada törətdiyi cinayət və vəhşiliklərinə toxunaraq, Qəzzada soyqırım və bəşəri fəlakətin davam etməsinin qarşısını almağa çağırıblar.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei həcc mövsümü münasibətilə bağlı mesaj veriblər. Zati Aliləri bu mesajda həccin mərifət və onun insan cəmiyyətinə verdiyi dərsləri ilə müşayiət olunmasını bu gün İslam dünyasının dərdlərinin dərman hesab ediblər.

İmam Xamenei həzrətləri, qaniçən faşist İsrail rejimin Qəzzada törətdiyi cinayət və vəhşiliklərinə toxunaraq, Qəzzada soyqırım və bəşəri fəlakətin davam etməsinin qarşısını almağa çağırıblar.

Həzrət Ayətullah Xamenei sionist rejimin əsas dəstəkçisi olan Amerikaya təzyiq göstərməyi, onun sionist rejimə verdiyi yardım və dəstəyinin qarşısını almaqda təsirli hesab edib və xalqları hökumətlərdən bu vəzifəni yerinə yetirməyi tələb etməyə çağırıblar.

Həzrət Ayətullah Xamenei İslam dünyasının Həcc dərslərini hər zamankindən daha çox tətbiq etməyə ehtiyac duyduğunu bildirib.

Ümüdünya Müsəlmanlarının Ali Lideri, Qəzzada baş verən bəşəri fəlakətin qarşısında kimin dayanmalı olduğu sualını qaldıraraq əlavə ediblər: Şübhəsiz ki, İslam dövlətləri bu vəzifəni yerinə yetirməli olan ilk ölkələrdir və hökumətlərdən buna əməl etməyi tələb edənlər isə xalqlardır.

Sizin rəyiniz

You are replying to: .
captcha