28 may 2025 - 17:53
Zelenskinin İstanbuldakı yaraları hələ də sağalmayıb

Ukraynanın təlxək prezidenti bir daha ABŞ-ın bambılı prezidentini Rusiya prezidentinə daha çox təzyiq göstərməyə və onu sülh danışıqlarında iştirak etməyə məcbur etməyə çağırıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ukraynanın təlxək prezidenti Vladimir Zelenski bir daha ABŞ-ın bambılı prezidentini Rusiya prezidenti Vladimir Putinə daha çox təzyiq göstərməyə çağırıb və iddia edib ki, Moskva indi diplomatiya oynu oynayır!

Rusiyanın Kiyevə və Ukraynanın digər bölgələrinə 900-dən çox pilotsuz uçan aparat və raketlərlə həyata keçirilən və üç gün davam edən ardıcıl və şiddətli hücumlarından sonra təlxək Zelenski Telegram-dakı mesajında ​​belə yazıb:

“Rus hücumları hər gecə daha həyasızlaşır və genişlənir.”

O əlavə edib: “Bu hücumlarda heç bir məntiq yoxdur, amma aydın siyasi seçim onlardadır; Putinin seçimi Rusiyanın seçimidir və bu seçim müharibəni davam etdirmək və insan həyatını məhv etməkdir.”

Ukraynanın şoumen prezidenti əlavə edib: “ABŞ, Avropa və dünyada sülh istəyənlərin hamısının Rusiyaya qarşı yeni və sərt sanksiyaları, Rusiyanı atəşi dayandırmağa deyil, hörmət göstərməyə məcbur etmək üçün etibarlı vasitə rolunu oynayacaq.”

O, davam edərək yazıb: “Putin danışıqlar apardığı şəxslərə hörmət etməlidir. Hazırda o, sadəcə olaraq diplomatiya və diplomatlarla oynayır. Bu davranış dəyişməlidir.”

Belə görünür ki, Ukraynanın yəhudi təlxək prezidenti Rusiya prezidentinin Donald Tramp administrasiyası ilə ikitərəfli soyuq və xoşaglməz münasibətlərin fonunda Putini sülh sazişinə əsas maneə kimi göstərməyə çalışır.

Bambılı Trampın Ukrayna sülh danışıqlarında irəliləyişin olmaması ilə bağlı səbri göz qabağındadır. Bir neçə gün əvvəl o, Putinin “tamamilə dəli olduğunu” iddia etdi və Zelenskiyə də “ağzının danışığına fikir verməli” olduğunu söylədi.

Kiyev indiyədək Rusiya ilə sülh danışıqları zamanı 30 günlük atəşkəs əldə etməyə çalışır, lakin Moskva bu təklifi rədd edir.

Putin keçən həftə Trampla telefon danışığında Moskvanın danışıqlarda mövqeyini ifadə edən anlaşma memorandumu hazırladığını bildirib. Lakin Kiyev və onun avropalı tərəfdaşları Kremli danışıqlara mane olmaqda ittiham edir.

Kiyev və Moskva arasında İstanbulda keçirilən ilk birbaşa danışıqlarda tərəflər 1000 hərbi əsir dəyişdirmək barədə razılığa gəliblər. Ukrayna və Rusiya arasında birbaşa danışıqların keçirildiyi gün Ankaraya gələn və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən Zelenski ölkəyə gələrkən Rusiyanın danışıqlara “saxta, aşağı səviyyəli” nümayəndə heyəti göndərdiyini iddia edib.

Zelenski bildirib ki, Ukrayna danışıqlara xarici işlər naziri Andriy Sibiha, hərbi və prezident sarayının nümayəndələri, bütün kəşfiyyat qurumlarının rəhbərləri də daxil olmaqla “yüksək səviyyəli” nümayəndə heyəti göndərib. Lakin Rusiya nümayəndə heyətinin səviyyəsi bəlli deyil və Kiyev onların təkbaşına qərar qəbul edib-etmədiyini bilmir, çünki onun dediyi kimi, “Rusiyada kimin qərar qəbul etdiyini hamı bilir”!

Sizin rəyiniz

You are replying to: .
captcha